Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

A- A A+

Qazaxıstan və Azərbaycan dövlət sosial sığortası sahəsində əməkdaşlıq Memorandumu imzalayıb.

NUHÇIXAN “Kazinform” agentliyinə istinadla xəbər verir ki, sənədin imzalanması 14-cü Qazaxıstan Beynəlxalq Əməyin Mühafizəsi və Təhlükəsizliyi Konfransı çərçivəsində baş tutub.

Memorandum Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında imzalanıb.

Sənəd iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı inkişaf etdirməyi və sosial təminat sahəsində praktik təcrübə mübadiləsini nəzərdə tutur.

Qazaxıstan Dövlət Sosial Sığorta Fondu İdarə Heyətinin sədr müavini Marat Janibekovun sözlərinə görə, imzalanan sənəd sistemli ikitərəfli əlaqələri, müntəzəm təcrübə mübadiləsini və beynəlxalq platformalarda əməkdaşlığı nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: