Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

A- A A+

Cari ilin yanvar-mart aylarında Azərbaycan 42 milyon 369,78 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 20,4 faiz azdır.

Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 28 milyon 654,46 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 4,4 dəfə artım deməkdir.

Yanvar-mart aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,1 faizini, idxalı isə ümumi idxalın 0,94 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: