2026-cı ilin yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 35,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 69,7 milyon dollar və ya 3 dəfə azdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 105 milyon dollar olub.
