Cari ilin yanvar-mart aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,3 milyon dollar) birinci olub.
NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, bu siyahıda meşə fındığı (68,3 milyon dollar) ikinci, mis filizləri (60,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (34,6 milyon dollar) birinci olub. Bu siyahıda pambıq lifi (25,5 milyon dollar) ikinci, tomat (18,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-mart aylarında Rusiya Federasiyasına 211,6 milyon dollar, Türkiyəyə 139,9 milyon dollar, Gürcüstana 120,7 milyon dollar, İsveçrəyə 103,4 milyon dollar, Ukraynaya isə 42,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin mart ayında Rusiya Federasiyasına 62,5 milyon dollar, Türkiyəyə 56,5 milyon dollar, Gürcüstana 43,5 milyon dollar, İsveçrəyə 35,7 milyon dollar, Ukrayna 13,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
