Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb

A- A A+

2026-cı ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 30 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib ki, bu da 2025-ci illə müqayisədə müvafiq olaraq 6,25 faiz azalma və 2,2 dəfə artım deməkdir.

NUHÇIXAN bp-nin 2026-cı ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat (9,26 faiz azalma) Ceyhan terminalında 65 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: