İğdır, Qars, Ərdəhan, Rizə və Trabzonda Azərbaycanın investisiya mühiti tanıdılıb - FOTOLAR

A- A A+

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə İğdır, Qars, Ərdəhan, Rizə və Trabzon vilayətlərinə işgüzar səfərlər həyata keçirib.

İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, səfərlər çərçivəsində həmin vilayətlərin valiləri, bələdiyyə sədrləri, ticarət və sənaye palatalarının, həmçinin ticarət birjasının rəhbərləri ilə görüşlər təşkil olunub.

Görüşlərdə iki ölkə və regionları arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı investisiya yatırılması imkanları, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi istiqamətində görülə biləcək tədbirlər müzakirə edilib.

Səfərlər çərçivəsində vilayətlərin ticarət və sənaye palatalarında Azərbaycanda investisiya imkanları mövzusunda təqdimatlar olub. Ölkəmizdə investorlar üçün tətbiq olunan təşviq mexanizmləri və güzəştlər, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit haqqında məlumat verilib, iş adamlarının sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: