Rumıniya nəşri: Qlobal enerji bazarında baş verən dəyişikliklər Azərbaycanın iştirak etdiyi layihələrin əhəmiyyətini artırır

A- A A+

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda neft yenidən geosiyasi alət kimi ön plana çıxıb və bu proses dünya iqtisadiyyatına ciddi təsir göstərir. “Brent” markalı neftin qiyməti qısa müddətdə 125 dolları ötdükdən sonra yenidən azalıb. Bununla yanaşı, Yaxın Şərqdə baş verən proseslər, xüsusilə mühüm enerji marşrutlarının fəaliyyətində yaranan məhdudiyyətlər qlobal təchizat zəncirinə təsir edir.

NUHÇIXAN xəbər verir ki, Rumıniyanın “Economedia” portalında dərc olunan analitik məqalədə qeyd olunur ki, bu proseslər fonunda Avropa ölkələri enerji təchizatını diversifikasiya etməyə çalışır və bu istiqamətdə Azərbaycan kimi etibarlı tərəfdaşların rolu daha da artır.

Qeyd olunur ki, Azərbaycan həm enerji ixracatçısı, həm də alternativ marşrutların əsas iştirakçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm mövqe tutur.

Məqalənin vurğulanır ki, qlobal enerji bazarında baş verən dəyişikliklər neftin geosiyasi təsir aləti kimi rolunu tədricən zəiflətsə də, yeni enerji və nəqliyyat marşrutlarının, o cümlədən Azərbaycanın iştirak etdiyi layihələrin əhəmiyyətini daha da artırır və bu ölkəni beynəlxalq enerji sistemində əsas oyunçulardan birinə çevirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: