Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib.
NUHÇIXAN bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 5 dəfə çoxdur.
Bundan başqa, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 73,1 % artaraq 325,3 min manat, sayı isə 64,1 % artaraq 6 020 olub.
I rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,4 %-i hesabın ələ keçirilməsi (47,4 faiz bəndi az), 78,6 %-i digər hallarla (47,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2 %-i kartın fiziki iştirakı olmadan (20,4 faiz bəndi az), 39,8 %-i digər hallarla (20,4 faiz bəndi çox) bağlı olub.
Yanvar-mart aylarında ölkədaxili fırıldaqçılığın 98,3 %-i (1,4 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 1,7 %-i (1,4 faiz bəndi az) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 80,6 %-i (9,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 19,4 %-i (9,2 faiz bəndi çox) isə digər hallarda baş verib.
