Dörd ayda vergiödəyicilərinə xidmət mərkəzlərində 340 minədək xidmət göstərilib

A- A A+

Cari ilin yanvar-aprel ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 204 min 260 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 339 min 770 sayda xidmət göstərilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli müraciətlər aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55,9 faiz təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• “ASAN İmza” sertifikatlarının verilməsi;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

• Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-aprel ayları ərzində vergi dəyicilərinin 10,6 min yazılı müraciəti cavablandırılıb, onlara 10,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Bu müqddətdə 2007 vergiödəyicisinin iştirakı ilə 131 görüş keçirilib, 2279 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2,9 milyon SMS göndərilib.

Dörd ayda ümumilikdə 102 min 75 müraciət üzrə 160 min 121 “ASAN İmza” sertifikatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: