OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişdirməyib.
NUHÇIXAN OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon 200 min barel artaraq gündəlik 106 milyon 330 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 1 milyon 60 min barel artaraq sutkalıq 60 milyon 270 min barel, OECD ölkələrində isə 130 min barel artaraq gündəlik 46 milyon 60 barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 540 min barel artaraq sutkada 107 milyon 870 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
