2026-cı ilin yanvar-aprel aylarında sənaye sektorunda 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, hesabat dövründə emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, əczaçılıq məhsullarının istehsalı, toxuculuq sənayesi, elektrik avadanlıqlarının istehsalı, poliqrafiya məhsullarının istehsalı, tütün məmulatlarının istehsalı sahələrində olub.
