Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

A- A A+

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.

NUHÇIXAN xəbər verir ki, bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunacaq.

Qatar bir qədər sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri sansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: