Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasındakı vergi ödəyicilərinə xidmət mərkəzlərində 16 932 şəxs qəbul edilib və onlara 25 197 sayda xidmət göstərilib.
Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayı 5,9 % artıb.
Məlumata görə, ümumi elektron xidmətlərin 84 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
Hesabat dövründə vergi ödəyicilərinə 473 102 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 44 görüş keçirilib, 275 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1 696 müraciət üzrə 2 898 "ASAN İmza" sertifikatı verilib.
