Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 4 %-ə yaxın azalıb

A- A A+

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 115 613 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb.

NUHÇIXAN Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.

4 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 21 584-ü və yaxud 18,7 %-i ilkin, 94 029-u və yaxud 81,3 %-i isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 24 821, mənzil üzərində 28 300, torpaq sahəsi üzərində 58 093, qeyri-yaşayış binası üzərində 1 072, qeyri-yaşayış sahəsi üzərində 3 096, əmlak kompleksi üzərində 196 və çoxmərtəbəli yaşayış binaları üzərində 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 31 544-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Yanvar-fevralda 80 383 texniki pasport tərtib edilib, 19 566 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: