Naxçıvan iqtisadiyyatı 4 %-ə yaxın böyüyüb

A- A A+

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 514,2 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 3,7 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 3,4 % artaraq 1 088 manat təşkil edib.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 % çoxdur.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 % azalaraq 12 milyard 135 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7 % artaraq 27 milyad 740,1 milyon manata çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: