Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 178,3 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.
Sənaye məhsulunun 152,2 milyon manatı və ya 85,4 %-i malların, 26,1 milyon manatı və ya 14,6 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 80,9 %-i emal, 17,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 21 milyard 120,4 milyon manat dəyərində məhsul istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.
Bununla belə, son 1 ildə qeyri-neft-qaz sənaye istehsalının dəyəri 7,2 % artaraq 7 milyard 92,2 milyon manat təşkil edib.
4 ay ərzində emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, əczaçılıq məhsullarının istehsalı, toxuculuq sənayesi, elektrik avadanlıqlarının istehsalı, poliqrafiya məhsullarının istehsalı, tütün məmulatlarının istehsalı sahələrində olub.
