Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 2,3 milyon ton yük, 15,2 milyon nəfər sərnişin daşınıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,1 %, sərnişin daşınması isə 0,9 % artıb.
