Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 63,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.
Bildirilib ki, bunun 4,4 milyon manatı bitkiçilik sahəsi üzrə, 59 milyon manatı isə heyvandarlıq sahəsi üzrə olub.
