Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 306,6 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 16,8 % artaraq 219,3 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 66,2 % artaraq 175,9 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39 % artaraq 139,55 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
