Slovakiya ilə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.
NUHÇIXAN nazirliyin yaydığı məlumata istinadə xəbər verir ki, görüşdə rəqəmsallaşma, innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, “SİMA imza” və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılması qərara alınıb.
Həmçinin kosmik sənaye və texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
