Zeynəb Bodur-Okyay: Su problemi artıq sistemli şəhər çağırışına çevrilib

A- A A+

2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu, uzaq gələcəyə aid ehtimal deyil. Əslində, həmin transformasiya artıq dünyanın bütün regionlarında, müxtəlif iqtisadiyyatlarda və inkişafın bütün mərhələlərində müşahidə olunur.

Lakin şəhər əhalisinin sürətlə artmasına baxmayaraq, su sistemləri eyni tempdə inkişaf etmir. Qarşılaşdığımız məsələ yalnız su problemi deyil, eyni zamanda sistemli şəhər problemidir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri G100 Ağıllı və Dayanıqlı Şəhərlər Qlobal Şəbəkəsinin sədri, “Kale Group” şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Zeynəb Bodur-Okyay BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, yaxın onilliklərdə şəhərlərdə suya tələbatın kəskin şəkildə artacağı gözlənilir. Hazırda təxminən 1,9 milyard şəhər sakini minimum su təminatı problemi ilə üzləşir. Dünyada yaranan tullantı sularının isə 80 faizdən çoxu təmizlənmədən ətraf mühitə axıdılır.

“Bu, ilk növbədə texniki uğursuzluq deyil. Bu, idarəetmə, planlaşdırma və prioritetlər problemidir. Çünki su şəhər inkişafının yardımçı elementi deyil, şəhər sistemlərinin əsas komponentidir. Su yaşayış məkanlarının necə fəaliyyət göstərdiyini, şəhərlərin iqlim risklərinə necə tab gətirdiyini, iqtisadiyyatların necə işlədiyini və nəticə etibarilə cəmiyyətlərin nə dərəcədə dayanıqlı olduğunu müəyyən edir”, – deyə Zeynəb Bodur-Okyay vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: