BMT rəsmisi: Qeyri-formal məskunlaşan insanların 700 milyonu Asiya-Sakit Okean regionunun payına düşür
Dünyada 1,1 milyard insan qeyri-formal yaşayış məskənlərində yaşayır və bunun təxminən 700 milyonu Asiya-Sakit Okean regionunun payına düşür.
NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Dayanıqlı Şəhərsalma Bölməsinin rəhbəri Kert Qarriqan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Öhdəlikdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin vahid birlikdə təkmilləşdirilməsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Sakit okean regionunda, xüsusilə kiçik ada ölkələrində dəniz səviyyəsinin qalxması ciddi təhlükə yaradır: “Bu səbəbdən həmin ölkələr üçün həyat keyfiyyəti məsələlərini müzakirə etmək daha çətin olur. Belə şəraitdə 20 və ya 50 il sonra həmin ərazilərin mövcud olub-olmayacağı sualı bir çox digər inkişaf prioritetlərini kölgədə qoyur”.
