Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 89,6 milyon manat vəsait daxil olub.
NUHÇIXAN İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,65 % çoxdur.
4 ay ərzində qurum 23 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 197-si qeyri-yaşayış, 1.439-u torpaq sahələri üzrə olmaqla 1 636 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 13,3 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25 % çox - 18,5 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-aprel aylarında özəlləşdirmə və icarəən büdcəyə ümumilikdə 108,1 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 62,8 % çoxdur.
