Azərbaycanda 4 ayda dövlət xətti ilə 143 milyon manat ipoteka krediti verilib

A- A A+

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 142,8 milyon manat kredit verilib.

NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,1 % azalaraq 87,1 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə azalaraq 150 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: