Fiziki şəxslərin əmanətlərinin 70 faizi milli valyutadadır

A- A A+

Fiziki şəxslərin əmanətlərinin 69,8 faizi (12 milyard 58,3 milyon manat) milli valyutada, 30,2 faizi (5 milyard 213,8 milyon manat) xarici valyutadadır.

NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 63,6 faizi (10 milyard 979,9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 2,1 faiz və ya 221,9 milyon manat, tələbli əmanətləri 7,9 faiz və ya 462 milyon manat artıb.

2026-cı ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1 faiz (2,163 əmanətçi), ilin əvvəlindən 8 faizi (15,498 əmanətçi) artaraq 209.6 min nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: