Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
NUHÇIXAN xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,1 dollar artaraq 98,24 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,82 dollar azalaraq 91,78 dollar təşkil edib.
