2026-cı ilin yanvar-aprel aylarında ölkədən 259,01 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ixrac edilən çayın dəyəri 12,1 faiz artaraq 2 milyon 213,08 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında isə Azərbaycandan 1 milyon 973,86 min dollar dəyərində yəni, 224,29 ton çay ixrac edilib.
