İndiyədək 506 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda işə başlayan SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
O bildirib ki, bu həcmin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.