Muxtar respublikada sənaye, tikinti-quruculuq və su təchizatı tədbirləri uğurla davam edir

A- A A+

Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalının həyata keçirilməsi bu sahədə dinamik inkişafı təmin edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada 246 milyon 510 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,2 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93 faiz təşkil edib. Sənaye məhsulu istehsalının dinamikası, min manat 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 3 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 35 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir. Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-mart aylarında 4 milyon 230 min manat kredit verilib. Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin ilk rübündə 41 milyon 301 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Tikinti-quruculuq və su təchizatı tədbirləri istiqamətində muxtar respublikada 2019-cu ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 188 milyon 714 min manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 176 milyon 543 min manatı və ya 93,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada 34 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 145 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ilin ilk rübündə 2 kənd mərkəzi istifadəyə verilib, 2 kənd mərkəzinin inşası davam etdirilib, 7 kənd mərkəzinin inşasına başlanılıb. Muxtar respublikada 1 yaşayış binasının tikintisi başa çatdırılıb, 6 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib, 1 yaşayış binasının yenidən qurulmasına başlanılıb. Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilib, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanılıb. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 643 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: