Türkiyə ərazisi ilə 4 ayda 64 milyon bareldən çox BTC nefti nəql olunub

A- A A+

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 64,013 milyon barel neft nəql edilib.

Bu barədə NUHÇIXAN Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 6,741 milyon barel və ya 9,5 % azdır.

Təkcə aprel ayında isə bu kəmər vasitəsilə 16,659 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin aprel ayı ilə müqayisədə 1,852 milyon barel və ya 10 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: