“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsinə başlanılıb

A- A A+

Bahar Enerji Əməliyyat Şirkəti (BEOC) Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə layihənin icrasına başlayıb.

NUHÇIXAN xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində “Bahar” yatağında qaz hasilatı 50% artıb. Layihə çərçivəsində beynəlxalq enerji xidmətləri şirkəti SLB texniki və geoloji qiymətləndirmə işlərinə cəlb olunub.

Bildirilir ki, ilkin texniki və geoloji qiymətləndirmə mərhələləri tamamlanıb, hazırda layihə növbəti inkişaf mərhələsinə keçid üzrə davam etdirilir. Bu çərçivədə yataqların potensialı və gələcək infrastruktur ehtiyacları qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: