Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

A- A A+

2025-ci il Azərbaycan üçün növbəti uğurlu il olub. Ümumi daxili məhsulumuz 129,1 milyard manata çatıb və bu 2024-cü illə müqayisədə nominal olaraq, 2 faizlik artım deməkdir.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O bildirib ki, 2025-ci il üzrə büdcə siyasətində iqtisadi artımın davam etməsi, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi ilə yanaşı, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təminatının gücləndirilməsi, eləcə də Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların, innovativ tətbiqlərin genişləndirilməsi, real sektorun inkişafının sürətləndirilməsi də prioritetdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: