Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

A- A A+

2025-ci ildə qeyri-neft sektorumuz daha da genişlənib. Qeyri-neft sektorunda ümumi daxili məhsulumuz 92,3 milyard manata çatıb. 2024-cü illə müqayisədə bu, 2,7 faizlik real artımdır. Xam neftin ötən il ortaillik qiyməti 71 dollara bərabər olub. Ortaillik inflyasiyamız 5,6 faiz, manatın məzənnəsi isə stabil olaraq 1,7 manat - 1 ABŞ dolları məzənnəsi ilə təsbit olunub.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O bildirib ki, əhalinin nominal gəlirləri 8 faizlik artım göstərib. Bu da əlbəttə ki, həm inflyasiyadan yüksək olmaqla əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: