2025-ci ildə dövlət borcu ilin sonuna 26 milyard manat və ya illik ÜDM-in 20,1 faizinə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna 1,6 faiz bəndi az deməkdir.
NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.
“Dövlət borcunun bu günə olan rəqəmi isə, ümumiyyətlə, 24,1 milyard manata və ya proqnozlaşdırılan illik ÜDM-in 18,4 faizinə bərabərdir. Bu da Azərbaycanın dünyada dövlət borcunun ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri olmasının bir daha bariz bir göstəricisidir”, - deyə nazir əlavə edib.
