Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

A- A A+

Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub. İcmal büdcə xərcləri qeyri-neft ümumi daxili məhsulun 48,4 faizinə bərabər olub.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

Nazir, həmçinin bildirib ki, regionların büdcədən asılılığı daha da azalıb. Naxçıvana dotasiya proqnoza nisbətdə 55 milyon manat az olaraq 160 milyon manat məbləğində icra olunub. Dotasiyadan asılılıq rayonlarımızda azalıb və cəmi 4 rayona 1,5 milyon manat məbləğində dotasiya verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: