Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

A- A A+

Borc portfelimiz 2025-ci ilin sonuna 17,8 milyard manat daxili dövlət borcu, 8,2 milyard manat isə xarici dövlət borcundan ibarət olub. Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı bu dövr ərzində azalıb.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O bildirib ki, istiqrazların orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb və 3,2-yə çatıb. “Bu günə olan rəqəmi qeyd edə bilərəm ki, orta ödəmə müddətimiz artıq 3,83 ilə çatıb. Bunun özü də çox müsbət göstəricidir, xüsusilə həm daxili, həm xarici borcların restrukturizasiyası, onlara xidmət edilməsi baxımından bu göstəricilər önəmlidir. Bizim xarici bazar risklərinə həssaslığımızı ciddi şəkildə azaldıb”, - deyə nazir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: