Azərbaycan ötən il xaricdəki ticarət nümayəndəliklərinə 4 milyon manatdan çox pul yönəldib

A- A A+

2025-ci ildə dövlət büdcəsindən Azərbaycanın xaricdəki Çin, Rusiya, Türkiyə Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Asiya və Mərkəzi Avropa ölkələri) ticarət nümayəndələrinin və onların aparatlarının saxlanılmasına 4,2 milyon manat vəsait yönəldilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, Xarici ölkələrdə fəaliyyət göstərən 85 diplomatik nümayəndəlik ve konsulluğun saxlanılması və digər xərcləri üçün 205,2 milyon manat vəsait yönəldilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: