Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

A- A A+

Qlobal neft tələbatının cari ildə orta hesabla gündəlik 1,1 milyon barel azalacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Qurum keçən ay tələbatın gündəlik 200 min barel, fevral ayında isə sutkalıq 1,2 milyon barel artacağını proqnozlaşdırmışdı.

Bildirilir ki, qlobal neft tələbatı azalma tendensiyası göstərir. Tələb tərəfində yüksək yanacaq qiymətləri, yanacaq tədarükünün azalması və hökumətlərin istehlakı azaltmaq üçün tədbirləri neft tələbatına təzyiqi artırır. Zəifləyən tələbat, təklif itkilərinə baxmayaraq, qlobal neft ehtiyatlarının azalmasını qismən məhdudlaşdırır.

Məlumata görə, tələbatın azalmasının böyük bir hissəsinin Yaxın Şərqdən xam neft daşınmalarından daha çox asılı olan Asiya ölkələrində müşahidə olunur. Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən bölgələrdə tələbatla balı məlumatlar məhdud olsa da, mövcud göstəricilər tələbatın gözləniləndən daha güclü azalmasına işarə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: