Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 226,1 milyon manatlıq sənaye məhsulu istehsal olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.
Sənaye məhsulunun 196,7 milyon manatlıq hissəsi malların, 29,4 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,1 %-i mədənçıxarma, 82,2 %-i emal, 16,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bundan başqa, 5 ay ərzində muxtar respublikada 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 0,7 % çoxdur.
