Bu il iyunun 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 42,2 milyon manat əmanəti olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 42,8 % çoxdur.
Əmanətlərin 94,5 %-i milli, 5,5 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 44,4 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 19,5 % artıb.
