Kriptovalyuta bazarında son 24 saatda əsas aktivlər üzrə artım müşahidə olunub.
NUHÇIXAN xəbər verir ki, bazar kapitallaşması 1,25% artaraq 2,17 trilyon dollara yüksəlib. Bitcoin (BTC) son 24 saatda 1,24% bahalaşaraq 63 409 dollar, Ethereum (ETH) 1,03% artaraq 1 668 dollar, BNB isə 1,16% yüksələrək 601 dollar səviyyəsində ticarət olunur.
Qızılın qiymətinə indekslənən kriptovalyutalar da gün ərzində müsbət dinamika nümayiş etdirib. PAX Gold (PAXG) 2,61% bahalaşaraq 4 186 dollar, Tether Gold (XAUt) isə 2,48% artaraq 4 174 dollar olub. Bununla belə, hər iki aktiv üzrə həftəlik göstəricilər müvafiq olaraq 5,49% və 5,41% azalıb.
Alternativ kriptovalyutalar arasında Zcash (ZEC) 2,67% artaraq 433 dollar, Monero (XMR) 8,49% yüksələrək 373 dollar, Bittensor (TAO) isə 2,71% bahalaşaraq 213 dollar səviyyəsinə çatıb. Bitcoin Cash (BCH) son 24 saatda 2,38% artaraq 204 dollar olsa da, həftəlik göstəricidə 14,58% geriləmə qeydə alınıb.
Bazar iştirakçıları ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilərin, Yaxın Şərqdə davam edən geosiyasi gərginliyin və investorların təhlükəsiz aktivlərə marağının bazardakı hərəkətlərə təsir etdiyini bildirirlər. Fear & Greed indeksi isə 18 səviyyəsində qalaraq investorlar arasında ehtiyatlı əhval-ruhiyyənin davam etdiyini göstərir.
