Yeni istehsal müəssisəsi ilə tanışlıq olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tikinti təşkilatlarının nümayəndələri və tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlar həmin müəssisə ilə tanış olublar. Məlumat verilib ki, 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib. Müəssisənin Bakı şəhərində və rayonlarda satış mərkəzləri yaradılıb. Həmçinin məhsullar xarici ölkələrə ixrac olunacaq, gələcəkdə ixracyönümlü məhsulların sayını artırmaqla yeni bazarlara çıxış imkanları yaradılacaq.

   Əbülfəz Dünyamalıyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: