Cari ildə qlobal neft tələbatının ötən illə müqayisədə təxminən 1 milyon 120 min barel azalaraq gündəlik 103 milyon 290 min barelə enəcəyi gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA bu il qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu əvvəlki proqnozla müqayisədə sutkada təxminən 700 min barel azaldıb.
Körfəzdən tədarükün normallaşması ilə qlobal neft tələbatının 2027-ci ildə yenidən sürətlənəcəyi və təxminən 2 milyon barel artımla gündəlik təxminən 105 milyon 300 min barelə çatacağı proqnozlaşdırılır. Lakin vurğulanır ki, 2027-ci il proqnozunda geosiyasi risklər, atəşkəsin davamlılığı və müharibə ilə bağlı qlobal iqtisadiyyata təsirlər səbəbindən əhəmiyyətli qeyri-müəyyənliklər var.
