Bu ilin yanvar-may aylarında Azərbaycanda külək elektrik stansiyalarında 427,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
NUHÇIXAN-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 66,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 10 milyard 486,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 2,6 % azdır. Bunun 10 milyard 179,1 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2 % azdır.
Bunun 1 milyard 444,5 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 4,1 % azalıb), 8 milyard 019,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 6,7 %), 105,3 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+6,7 %) istehsalının payına düşür.
Hesabat dövründə günəş elektrik stansiyalarında 182 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 1,2 % azdır.
