Əsas kapitala yönəldilmiş investisiyanın 21,8 faizi tikinti işlərinə xərclənib

A- A A+

Yanvar-may aylarında əsas kapitala yönəldilmiş investisiyanın 1 milyard 450,7 milyon manatı və ya 21,8 faizi tikinti işlərinin yerinə yetirilməsinə sərf olunub.

NUHÇIXAN Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş investisiyanın 957,7 milyon manatı və ya 14,4 faizi isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Hesabat dövründə ölkədə 51,8 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 4,6 faizi tikinti sahəsində istehsal edilib. Emal sektorunda tikinti materiallarının istehsalı 5,9 faiz artıb.

İyunun 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 6,6 faizi tikinti sahəsində məşğul olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: