Qızıl və Bitkoin ucuzlaşıb

A- A A+

"Comex" birjasında avqust ayı üçün qızıl fyuçerslərinin qiyməti 12 iyundan bəri ilk dəfə troy unsiyası üçün 4200 ABŞ dollarından aşağı düşüb.

NUHÇIXAN xəbər verir ki, Bakı vaxtı ilə 06:06 etibarilə qızılın qiyməti 1,12% azalaraq 1 troy unsiyası üçün 4 198,2 dollara düşüb.

Eyni zamanda, 2026-cı ilin iyul ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troy unsiyası üçün 64,82 dollar (-2,25%) təşkil edib.

Bu arada bazar kapitallaşması baxımından iki aparıcı kriptovalyuta olan Bitkoin və Ethereumun da dəyəri azalmaqdadır. Bitkoin 2,57% ucuzlaşaraq 62.977 dollara, Ethereum isə 2,77% ucuzlaşaraq 1.707 dollara düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: