Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin hamısı Mərkəzi Bankdan lisenziyanı 4 il bundan əvvəl qədər alıb.
Bunu NUHÇIXAN-a maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Sonuncu dəfə 22 iyun 2022-ci ildə "Rabitəbank" ASC-yə məxsus "Capital Partners İnvestisiya Şirkəti" QSC bazara daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ildə “Novocapital İnvestisiya Şirkəti” QSC-ni, 2026-cı ildə isə "Cib Kapital İnvestisiya Şirkəti" QSC-ni dövlət qeydiyyatına alsa da, onlar hələ ki, müvafiq lisenziya əldə etməyiblər”, - deyə o qeyd edib.
