Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"

A- A A+

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları üzrə ümumi daxili məhsulun (ÜDM) dəyəri 217 milyon manat olub.

NUHÇIXAN xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvanda keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu, muxtar respublika üzrə ÜDM-nin 12,7 %-ini təşkil edib: "İstehsal edilən kənd təsərrüfatı məhsullarının strukturuna baxdıqda görmək olar ki, bitkiçilik – 55,5 %, heyvandarlıq 44,5 % təşkil edir. 2025-ci ildə Naxçıvanda birillik bitkilərin əkin sahələri və çoxillik əkmələrin ümumi sahəsi təxminən 43 min hektar olub. Bu sahələrin 84,9 %-ini birillik bitkilərin əkin sahələri, 13,2 %-ini meyvə və giləmeyvə bağları, 1,8 %-ini üzüm bağları və 0,1 %-ini çəkillik sahələri təşkil edib. Birillik bitkilərin əkin sahəsi 36,5 min hektar olub və ölkə üzrə müvafiq sahələrin 2,3 %-ini təşkil edib. Bu sahələrin 50,8 %-i dənli və dənli paxlalı bitkilərin, 41,1 %-i yem bitkilərinin, 4,8 %-i tərəvəzin, 1 %-i bostan bitkilərinin, qalan 2,3 %-i isə digər bitkilərin payına düşüb".

M. Məmmədov əlavə edib ki, dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 18,6 min hektar təşkil edib: "Bu sahənin 50,1 %-i arpa - 9,3 min hektar, 44,6 %-i buğda - 8,3 min hektar, 4,5 %-i dən üçün qarğıdalı - 834,3 hektar, 0,8 %-i isə digər dənli və dənli paxlalı bitkilərin payına düşüb. Muxtar Respublikada dənli və dənli paxlalı bitkilərin əkin sahəsi ölkə üzrə müvafiq əkin sahələrinin 1,9 %-ini təşkil edib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: