Yanvar-may aylarında ölkəyə 190,77 min ton tərəvəz və meyvə məhsulları idxal edilib.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, idxal edilən tərəvəz və meyvə məhsullarının dəyəri 160,44 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə 47,23 milyon dollar dəyərində 20,1 min ton ət, 17,92 milyon dollar dəyərində 9,6 min ton süd və qaymaq, 71,02 milyon dollar dəyərində 11,23 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar, 30,85 milyon dollar dəyərində 5 min ton çay, 118,98 milyon dollar dəyərində 528,05 min ton buğda, 14,09 milyon dollar dəyərində 30,22 min ton qarğıdalı, 20,34 milyon dollar dəyərində 23,02 ton düyü, 101,21 milyon dollar dəyərində 62,36 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.
