Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manat olub.
NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çoxdur.
İndiyə qədər bölgədə 3 347 ədəd yeni nəsil NKA quraşdırılıb.
Xatırladaq ki, 5 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.
Bu, 1 il əvvələ nisbətən 14,1 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 113 935 ədəd yeni nəsil NKA quraşdırılıb.
